...

Azərbaycanda 32 mina aşkar edilib

Cəmiyyət Materials 9 Fevral 2015 11:55 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda 32 mina aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycanda 32 mina aşkar edilib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İlkin İzzət/

Yanvar ayında Azərbaycanda 32 mina aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin yanvar ayı ərzində 1,056,733 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar zamanı 81 PHS, 8 ədəd tank əleyhinə mina və 24 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 121 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 279,354,449 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,704-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin yanvar ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti