...

Gənclər üçün məntiq olimpiadası (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2015 17:50 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Prestij-S tədris mərkəzi birgə Məntiq Olimpiadasının I mərhələsini keçiriblər.
Gənclər üçün məntiq olimpiadası (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Prestij-S tədris mərkəzi birgə Məntiq Olimpiadasının I mərhələsini keçiriblər.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, olimpiadada 200-ə yaxın gənc iştirak edib. Şagirdlər, tələbələr və abituriyentlərin iştirak etdiyi olimpiadada universitet tələbələri çoxluq təşkil ediblər. İki mərhələdən ibarət olan olimpiadada 30 nəfər gənc ikinci mərhələyə keçib.

II mərhələdə olimpiadanın qalibləri YAP Gənclər Birliyi tərəfindən müxtəlif hədiyyələrlə, diplom və sertifikatlarla təltif ediləcək. Olimpiadanın əsas məqsədləri sırasında gənclərin intellektual səviyyələrinin yoxlanılması və test üsulu vasitəsilə bu sahədə xüsusi bacarığı olan gənclərin üzə çıxarılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti