...

Züqanov 23 nömrəli tam orta məktəbdən necə ayrıldı? (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2015 11:36 (UTC +04:00)
Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasında kommunistlərin fraksiyasının sədri, deputat Gennadi Züqanov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə olub.
Züqanov 23 nömrəli tam orta məktəbdən necə ayrıldı? (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasında kommunistlərin fraksiyasının sədri, deputat Gennadi Züqanov Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə olub.

Trend-in məlumatına görə, G.Züqanov təhsil müəssisəsinin Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər və sənədlərlə tanış olub. G.Züqanov məktəbin yüksək səviyyədə olmasını, burada çalışan pedaqoji kollektiv və şagirdlərlə söhbətindən böyük məmnunluq hissi keçirdiyini bildirib. Rusiyalı qonaq xüsusilə şagirdlərin rus dilində yüksək bilik səviyyələrini təqdir edib.

G.Züqanovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri 5-ci sinif şagirdləri ilə söhbət edib, tədris vəsaitləri ilə maraqlanıblar.

Sonra qonaqlar A.S.Puşkinin yaradıcılığına həsr edilmiş uşaq səhərciyinə dəvət edilib. RF KP fraksiyasının sədri böyük şairin yaradıcılığına sevgilərinə görə bütün şagirdlərə və onların valideynlərinə təşəkkürünü bildirib, müəllimə bir qələm hədiyyə edib.

G.Züqanov məktəbin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb, tədris müəssisəsinə xatirə hədiyyələri təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti