...

Bir ayda 92 nəfər qidadan zəhərləndi

Cəmiyyət Materials 13 Fevral 2015 14:52 (UTC +04:00)
Bu ilin yanvar ayında Azərbaycanda 92 nəfər qidadan zəhərlənib.
Bir ayda 92 nəfər qidadan zəhərləndi

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar ayında Azərbaycanda 92 nəfər qidadan zəhərlənib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar ayı ərzində Azərbaycanda 64 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 6 botulizm hadisəsi qeydə alınıb. Nəticədə 9 nəfər zərər çəkib. Botulizm nəticəsində İsmayıllıda 1 nəfər dünyasını dəyişib. Həmin şəxs pomidor-xiyar turşusundan zəhərlənərək ölüb.

Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti