...

Rusiya və Ukraynadan Azərbaycana axın var

Cəmiyyət Materials 19 Fevral 2015 14:45 (UTC +04:00)
Azərbaycandan başqa ölkələrə daimi yaşamaq üçün gedənlərin çoxu Rusiyaya üz tutur.
Rusiya və Ukraynadan Azərbaycana axın var

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycandan başqa ölkələrə daimi yaşamaq üçün gedənlərin çoxu Rusiyaya üz tutur.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü il ərzində Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gəlib. Ötən il ərzində 0,8 min nəfər ölkədən gedib.

Azərbaycana daimi yaşamaq üçün Rusiyadan gələnlər üstünlük təşkil edib. Ötən il Azərbaycana gələnlərin 33,5 faizi Rusiyadan, 26,4 faizi Gürcüstandan, 8,6 faizi Türkiyədən, 3,9 faizi Ukraynadan, 23,2 faizi digər xarici ölkələrdən gəlib.

Azərbaycandan daimi yaşamaq üçün gedənlər də daha çox Rusiyaya üz tutublar. Ötən il ölkədən daimi yaşamaq üçün gedənlərin 55,7 faizi Rusiyaya, 12,5 faizi Qazaxıstana, 4,9 faizi Türkiyəyə, 4,4 faızı Ukraynaya, 22,5 faizi digər xarici ölkələrə gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti