...

Azərbaycanda polis olmaq şansı

Cəmiyyət Materials 26 Fevral 2015 16:16 (UTC +04:00)
TQDK 2015-ci il martın 1-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.
Azərbaycanda polis olmaq şansı

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 1-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124 nəfəri pedaqoji, 83 nəfəri isə hüquq istiqaməti üzrə sənəd verib.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunur. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır. Pedaqoji istiqamət üzrə imtahan verən namizədlər üçün isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti