Azərbaycan, Bakı, 27 fevral /Trend/
Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq, 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan 2015-ci il martın 1-i səhər saat 08:00-a qədər həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.