Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/
Bakının mərkəzində təmir işləri aparılan yollardan biri açılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə deyib ki, paytaxtın Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri artıq başa çatıb.
Onun sözlərinə görə, sözügedən hissədə frezlənmə işləri aparılıb, mərmər səki daşları düzülüb, yolun asfalt-beton örtüyü yenilənib.