...

Gəncədə YAP-çı qadınları təbrik etdilər (FOTO)

Cəmiyyət Materials 7 Mart 2015 12:45 (UTC +04:00)
YAP Gəncə şəhər təşkilatında 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib.
Gəncədə YAP-çı qadınları təbrik etdilər (FOTO)

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının qərargahında geniş toplantı keçirilib.

Toplantıda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, partiyanın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, partiya fəalları, partiya veteranı olan qadınlar, partiya sıralarına yeni qəbul edilən gənc xanımlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri N.Həmzəyev açaraq, Azərbaycanın, həmçinin Gəncənin ictimai-siyasi həyatında qadınların fəal rolundan, ulu öndər Heydər Əliyevin həyatımızın bütün sahələrində qadınların iştirakına geniş imkanlar yaratmasından, bu ənənələri uğurla davam etdirən cənab İlham Əliyevin qadınlara xüsusi diqqət və qayğısından, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarının layiqlı təmsilçisi olaraq dünya miqyasında böyük nüfuz qazanmasından, bu gün intibahının yeni mərhələsinin yaşayan Gəncədə də qadınların inkişaf və tərəqqinin önündə olmalarından danışıb.

Partiyanın bütün fəal qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi adından təbrik edən şəhər partiya təşkilatının sədri N.Həmzəyev qadınlara Vətənimizin tərəqqisi, xalqımızın rifahı naminə səmərəli fəaliyyətlərində uğurlar, xoşbəxtlik və möhkəm cansağlığı arzulayıb.

Akademik F.Əliyev və P.Kərimzadə çıxışlarında tarixi keçmişimizin ağır sınaqlarından alnıaçıq çıxmış Azərbaycan qadınının bu gün dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi,mədəni proseslərdə böyük əzmkarlıq və təşəbbüskarlıq göstərdiklərini, xalqa, cəmiyyətə layiqli övladlar yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəldiklərini, çox məsul vəzifələrdə çalışaraq, dövlətçiliyimizə sədaqətlə xidmət etdiklərini vurğulayıblar.

Tədbirdə partiya veteranları olan qadınlara YAP Gəncə şəhər təşkilatının fəxri fərmanları, partiya sıralarına yeni qəbul edilən xanımlara üzvlük vəsiqələri və gül-çiçəklər təqdim edilib.

Sonda nümayiş etdirilən bədii filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti