...

Sabah bizi hansı hava şəraiti gözləyir?

Cəmiyyət Materials 9 Mart 2015 12:20 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah bizi hansı hava şəraiti gözləyir?

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.

Məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraiti mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti