...

Sahibsiz heyvanlara göstərilən xidmət (FOTO)

Cəmiyyət Materials 14 Mart 2015 19:22 (UTC +04:00)
Azərbaycanda Heyvanların Xilas Edilməsi Mərkəzində (AARC) evsiz heyvanlara hər cür şərait yaradılıb.
Sahibsiz heyvanlara göstərilən xidmət (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Vüqar İmanov/

Azərbaycanda Heyvanların Xilas Edilməsi Mərkəzində (AARC) evsiz heyvanlara hər cür şərait yaradılıb.

Trend-in məlumatına görə, 4 hektar sahədə evsiz it və pişiklərin saxlanması, müalicəsi üçün hər cür imkan var.

Mərkəzin yaradılmasında məqsəd kimsəsiz heyvanlara nəzarət etmək, o cümlədən respublikada bu heyvanlara qayğı mədəniyyəti formalaşdırmağa töhfə verməkdir. Sahibsiz heyvanlarının qayğısına qalmaq, onları sağaldaraq yenidən həyata qaytarmaq mərkəzin əsas iş prinsipləridir. Özəl olaraq fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin ərazisinə daxil olarkən sanki böyük bir bağa düşürsən. 4 hektarlıq ərazidə hər kəs öz işini görür. Kimi itləri gəzdirir, kimi onları yemləyir, kimi bağda ağaclara qulluq edir. Bu heyvanlara ümumilikdə 50-dək şəxs qulluq edir.

"Azərbaycan Animal Rescue Mərkəzi"nin təcili yardım xidməti bir zəngdən sonra gələrək, xəstə heyvanları alır, yerli və beynəlxalq baytarların iştirakı ilə tibbi müayinədən keçirir, sonra isə onları tamamilə təhlükəsiz və sağlam vəziyyətə qaytarırlar.

Mərkəz 2009-cu ildə yaradılıb.

Trend mərkəzdən fotogörüntüləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti