...

YAP Gənclər Birliyi "Level Up" Təhsil və İnkişaf Mərkəzi ilə memorandum imzalayıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2015 17:40 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə "Level Up" Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
YAP Gənclər Birliyi "Level Up" Təhsil və İnkişaf Mərkəzi ilə memorandum imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə "Level Up" Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Birlikdən Trend-ə verilən məlumata görə, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, "Level Up" Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ümid Abuzərli, YAP-ın fəal gəncləri iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri S.Orucov bildirib ki, Gənclər Birliyi mütəmadi olaraq sosial, eyni zamanda, onların biliklərinin artırılmasına zərurət olduqda dil, nitq qabiliyyətinin inkişafı üçün bir çox layihələr həyata keçirir: "Biz YAP GB-nin ofisində pulsuz olaraq dil kursları təşkil etmişik. Onun artıq ikinci mərhələsi yekunlaşmaq üzrədir. İlk dəfə olaraq təkcə ingilis dili ilə bağlı kurslar təşkil etmişdik. Təbii ki, sonrakı zərurəti nəzərə aldıqdan sonra rus dili kursları təşkil etdik. Hətta indi ofisimizdə fransız dili kursları pulsuz olaraq təşkil olunur. Xaricdə təhsil proqramı, yay məktəblərinin təşkili ilə bağlı "Level Up" Təhsil və İnkişaf Mərkəzinin çox böyük təcrübəsi var. Bu memorandumun uğurlarından biri o olacaq ki, biz həmin anlaşmanı professsional şəkildə həyata keçirəcəyik. Hətta memorandumun bəndlərində bir çox güzəştlər nəzərdə tutulub".

"Level Up Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ü.Abuzərli isə diqqətə çatdırıb ki, sözügedən təhsil mərkəzində 6-7 dil akademiyası fəaliyyət göstərir: "Gənc kadrların daxili potensiallarının artırılması üçün xüsusi təlim və tədris var. Bizim aktiv departamentlərimizdən biri də xaricdə təhsil departamentidir. Mərkəzimiz Azərbaycan gənclərinə Avropada və ABŞ-da yüksək təhsil almaq imkanları yaradır. İnanıram ki, imzalayacağımız bu memorandum qənaətbəxş olacaq. Bundan sonra YAP GB-nin üzvləri "Level Up" Təhsil və İnkişaf Mərkəzinin yaratdığı şəraitdən səmərəli istifadə edəcəklər. Bununla belə, onlar xüsusi təşkil olunmuş güzəştlərdən yararlana biləcəklər".

Sonra "Level Up" Təhsil və İnkişaf Mərkəzinin tanıtım çarxı nümayiş etdirilib. Qeyd olunub ki, YAP GB-nin bütün üzvləri bu təlim mərkəzinin imkanlarından güzəştli əsaslarla faydalanacaqlar. Vurğulanıb ki, GB-nin 3 üzvü hətta mərkəzin öz daxili imkanları hesabına Londona göndəriləcək.

Daha sonra YAP Gənclər Birliyi ilə "Level Up" Təhsil və İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu YAP GB-nin sədri S.Orucov, "Level Up" Təhsil və İnkişaf Mərkəzinin təsisçisi Ü.Abuzərli imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti