Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
Paytaxtın Qələbə dairəsinidəki hərəkət zolaqlarının sayı artırılır. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində Qələbə kinoteatrı qarşısındakı dairədə genişləndirilmə işləri sürətlə davam etdirilir: "Sözügedən ərazidə dairənin diametri kiçildilərək hərəkət zolaqlarının sayı artırılır. Artıq yol yatağı hazırlanan hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Əlavə olaraq hərəkət istiqaməti dəyişdirilən hissəyə qoyulmuş beton bloklar mərmər səki daşı ilə əvəzlənəcək".
P.Mürsəliyev qeyd edib ki, işlərin mart ayı ərzində yekunlaşması gözlənilir.