...

Novruz şənlikləri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Cəmiyyət Materials 18 Mart 2015 15:45 (UTC +04:00)
Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.
Novruz şənlikləri ilə əlaqədar Bakıda bir sıra yollar bağlanacaq

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, bayram şənlikləri ilə əlaqədar martın 19-da saat 07:00-dan paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatn hərəkətinə tədbir tam başa çatanadək məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: "Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, dənizkənarı bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək. Bunu nəzərə alaraq, paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü km-dən, 20-ci Sahə dairəsindən, "Dalğa Plaza" hotelinin yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov, 28 May-Bülbül, İstiqlaliyyət-Niyazi, İstiqlaliyyət-Şeyx Şamil, İstiqlaliyyət-Azərbaycan, Şeyx Şamil-Lermantov küçə və prospektlərinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək".

V.Əsədov bildirib ki, paytaxt sakinlərindən, sürücü və piyadalardan, Novruz şənliyinə qatılmaq istəyən şəxslərdən xahiş olunur ki, bunu nəzərə alıb həmin istiqamətlərdə yalnız ictimai nəqliyyat vasitələrində istifadəyə üstünlük versinlər. Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla hərəkət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti