...

Gəncəli şagirdlər Naxçıvana yola düşüblər (FOTO)

Cəmiyyət Materials 21 Mart 2015 15:47 (UTC +04:00)
Ölkə Prezidentinin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə məktəbliləri Naxçıvana yola düşüblər.
Gəncəli şagirdlər Naxçıvana yola düşüblər (FOTO)

Ölkə Prezidentinin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə məktəbliləri Naxçıvana yola düşüblər.

Yolasalma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin, YAP Gəncə şəhər təşkilatının rəsmiləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev keçirilən tur-aksiyanın əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almasında böyük önəm daşıdığını vurğulayıb. Ölkə rəhbəri tərəfindən şagirdlərə göstərilən bu cür diqqət və qayğıdan onların maksimum bəhrələnməli olduqlarını bildirib.

Ekskursiyaya qatılan Gəncə şəhər 4 saylı tam orta məktəbin şagirdi Nurtan İmanova öz sevincini dilə gətirərək bu cür layihənin həyata keçirilməsi üçün ölkə başçısına minnətdarlığını bildirib.

Çox keçmədən mərasim iştirakçılarının xeyir-duası ilə şagirdlər yola düşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti