...

Bakıda yolunuzu seçərkən diqqətli olun

Cəmiyyət Materials 25 Mart 2015 14:19 (UTC +04:00)
Paytaxtın bəzi yollarında xətlənmə işləri aparılır.
Bakıda yolunuzu seçərkən diqqətli olun

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir İlkin İzzət/

Bakının bəzi yollarında xətlənmə işləri aparılır. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, paytaxtın Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması (xətlənmə) işləri aparılır.

Bundan əlavə, Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində yeni asfalt-beton örtüyü döşənilir. Yolun yenilənmiş hissələrində isə xətlənmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti