...

Azərbaycan universitetində Fransa menecment məktəbi yaradıla bilər (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2015 19:02 (UTC +04:00)
ADİU ilə Fransa universitetləri arasında memorandum imzalanıb.
Azərbaycan universitetində Fransa menecment məktəbi yaradıla bilər (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu gün Strasburq Universitetinin prezidenti Alen Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Görüşdə, əsasən, birgə əməkdaşlıq imkanları, ikili diplom və müəllim-tələbə mübadiləsi barədə müzakirə aparılıb. Fransa universitetləri ilə elmi tədqiqat sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, ADİU və Fransa universitetlərində dərc olunan elmi jurnallarda hər iki tərəfdən olan alimlərin məqalələrinin dərc olunmasının mümkünlüyü müzakirə olunub.

Ə.Muradov Fransa ali təhsil ocaqlarında menecment ixtisasının daha yüksək səviyyədə tədris olunduğunu bildirərək, gələcəkdə ADİU-da Fransa Azərbaycan menecment məktəbi yaratmağı təklif edib.

Strasburq Universitetinin prezidenti A.Beretz iqtisadiyyat və menecment sahəsində araşdırmaların mühümlüyünü bildirib. İki universitet arasında tədqiqatçı mübadiləsinin vacibliyini vurğulayıb.

Sonra Fransanın Ruen və Reyms Şampan Arden universitetləri ilə ADİU arasında anlaşma memorandumu imzalanıb. Hər iki sənəddə universitetlər arasında tələbə-müəllim mübadiləsi və birgə təhsil proqramlarının təşkili nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti