...

Avropa Oyunları ilə əlaqədar daha bir yenilik

Cəmiyyət Materials 3 Aprel 2015 15:21 (UTC +04:00)
“Bakı-2015” I Avropa Oyunları ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan musiqisinin təbliği istiqamətində yeniliyə imza atıb.
Avropa Oyunları ilə əlaqədar daha bir yenilik

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"Bakı-2015" I Avropa Oyunları ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan musiqisinin təbliği istiqamətində yeniliyə imza atıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, bu yenilik dünya musiqi xəzinəsində özünə layiqli yer tutmuş klassik musiqi irsimizi, muğam sənətinin incilərini şəhərimizin qonaqlarına tanıtmaqla bərabər, onların diqqətini Bakı Musiqi Akademiyasının memarlıq nümunəsi olan binasına cəlb edəcək.

Tədris ocağının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə səsləndirilən klassik və milli musiqi nümunələri növbəti aylarda I Avropa Oyunları ilə əlaqədar paytaxtımıza gələcək çoxsaylı qonaqlarda, şəhər sakinlərində xoş təəssürat yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti