...

SOCAR informasiya təhlükəsizliyini artırır

Cəmiyyət Materials 8 Aprel 2015 10:18 (UTC +04:00)
SOCAR informasiya təhlükəsizliyini artırır
SOCAR informasiya təhlükəsizliyini artırır

Azərbaycan, Bakı, 8 aprel /Trend/

SOCAR-da informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə əlaqədar tədbirlər davam etdirilir.

Trend şirkətin saytına istinadən xəbər verir ki, qurumun idarə, təşkilat və müəssisələrində informasiya təhlükəsizliyinin təkmilləşdirilməsi, vahid sistemə daxil edilməsi, nəzarətin gücləndirilməsi məqsədilə aprelin 6-7-də TTSİ-də SOCAR-ın əməkdaşlarından ibarət 14 nəfərlik qrupa ISO/IEC 27001 informasiya təhlükəsizliyi Beynəlxalq Standartı üzrə kurs keçirilib.

Kurs müddətində iştirakçılara ISO/IEC 27001 idarəetmə standartının mahiyyəti, üstünlükləri, maddələri və müəssisədə tətbiqi nəzəri və praktiki olaraq tədris olunub. Beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində ISO/IEC 27001 standartının tətbiq olunmasında fəal iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti