Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Beyləqan rayonu Xaçınabad yaşayış məntəqəsi ərazisində əkin işləri aparılarkən aşkar olunan 33 ədəd "PQ-7" tipli idarə olunmayan tankəleyhinə raketin partlatma yolu ilə yerində zərərsizləşdirilməsi planlaşdırılır.
ANAMA-dan Trend-ə bildiriblər ki, ərazidə hazırda təmizləmə əməliyyatları icra olunur.
Eyni zamanda Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən "Limonluq" restoranının yaxınlığında Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən 13.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 1 ədəd 130mm-lik BR-482 model top mərmisi Ağstafa rayonu ərazisində yerləşən Mərkəzi Məhvetmə Ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.