Azərbaycan, Bakı, 25 aprel /Trend/
Modern.az saytının baş redaktoru və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Xocalıda hər iki valideyinlərini itirən uşaqlardan bəhs edən "Böyüməyən uşaqlar" kitabı Nyu-York kitab sərgisində təmsil olunacaq.
Bu barədə Trend-ə Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Toğrul Əziz məlumat verib. Onun sözlərinə görə, 4 dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək:
"Elşad Eyvazlının "Böyüməyən uşaqlar " kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək. Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək".