...

"Azərbaycan başqaları üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır"

Cəmiyyət Materials 27 Aprel 2015 18:04 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Azərbaycan başqaları üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri M.Qurbanlı bildirib ki, Azərbaycanla Fransa arasında münasibətlər yüksək səviyyədə qurulub: "Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri, Fransa universitetinin açılması haqqında əldə edilmiş razılıq bunun bariz nümunəsidir. Eyni zamanda, iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində də əlaqələr geniş inkişaf edib. Fransa ATƏT-in Minsk qrupunun üzvü kimi bölgədə sülhün təmin olunmasına öz töhfəsini verə bilər".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan tolerant ölkədir və tolerantlıq ölkəmizin siyasi və ictimai həyatında özünü göstərir: "Azərbaycan əhalisinin 96 faizini müsəlmanların təşkil etməsinə baxmayaraq, ölkəmizdə yəhudi sinaqoqları, ortodoks pravoslav, katolik və lüteran kilsələri açıq fəaliyyət göstərir".

M.Qurbanlı onu da bildirib ki, beynəlxalq yəhudi təşkilatları hər zaman Azərbaycanın haqq işinə dəstək veriblər: "ABŞ-ın yəhudi qurumları bu baxımdan xüsusi fəallıq göstərirlər. Biz ədalətli mövqe tutan, Azərbaycana dəstək olan hər bir quruma, o cümlədən yəhudi təşkilatlarına öz minnətdarlığımızı bildiririk. Biz dünyəvi dövlətik və hər cür dini ekstremizmə və radikallığa qarşı mübarizədə bizim də qurumun öz xidmətləri var".

Qəbula görə öz minnətdarlığını bildirən R.Çukerman vurğulayıb: "Müsəlman ölkəsi olaraq elə bir dünyəvilik modeli göstərirsiniz ki, siz digər ölkələr, o cümlədən Fransa üçün nümunə ola bilərsiniz. Biz çox istərdik ki, siz bu təcrübənizi bütün dünyada təbliğ edəsiniz. Buna dünya ölkələrinin çox böyük ehtiyacı var. Yəhudi icmasının burada yaşayışı və dini ayinlərini sərbəst şəkildə icra etməsi bizi çox sevindirir. İsrail və Azərbaycanı biri-birinə bağlayan bir çox amillər var və ölkənizin İsrail dövləti ilə münasibətləri yüksələn xəttlə inkişaf edir. Azərbaycanın iqtisadi inkişafı bizi çox sevindirir və istəyirik ki, Azərbaycan dünyada daha da çox tanınsın".

Qonaq bildirib ki, Azərbaycan başqaları üçün bir yerdə yaşamağın modeli hesab olunmalıdır.

M.Qurbanlı bildirib ki, ölkəmizin tolerantlıq modelinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi var. Ötən illərdə Fransada da bununla bağlı bir neçə tədbirlər keçirilib. O, qeyd edib ki, Fransada erməni lobbisi Azərbaycan əleyhinə açıq-aşkar təbliğat aparır və Fransa cəmiyyətində ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışır: "Biz erməni təbliğatına qarşı Azərbaycan həqiqətini qoymuşuq və iqtisadi inkişafımızla bunu göstəririk. Ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilir. "Eurovision" musiqi müsabiqəsi və iyun ayında keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın dünyada daha yaxşı tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir".

Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll olunacağına və regionda sülhün bərqərar olacağına ümid etdiklərini bildiriblər.

Görüşdə ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti