...

Mətbuat Şurası Con Kerrinin ofisinin Avropa Oyunları zamanı mətbuatdan "5-ci kolon" formalaşdırması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 28 Aprel 2015 17:26 (UTC +04:00)
Azərbaycana qarşı belə fikirlərin səslənməsi ilk dəfə baş vermir. Düşünürəm ki, biz toplum olaraq, buna hazır olmalıyıq.
Mətbuat Şurası Con Kerrinin ofisinin Avropa Oyunları zamanı mətbuatdan "5-ci kolon" formalaşdırması məsələsinə aydınlıq gətirdi

Azərbaycxan, Bakı, 28 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycana qarşı belə fikirlərin səslənməsi ilk dəfə baş vermir. Düşünürəm ki, biz toplum olaraq, buna hazır olmalıyıq. Çünki I Avropa Oyunları bütövlükdə Azərbaycan xalqının həyatında mühüm hadisədir. Bu, təkcə idman hadisəsi deyil, həm də Azərbaycan mədəniyyətinin, milli kimliyimizin dünyaya tanıdılması üçün bir meydandır". Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, bunun üçün ölkəmizdəki media təmsilçilərinə milyon dollarla vəsaitin ayrılması məsələsini şərh edərkən deyib.

Ə.Amaşovun sözlərinə görə, Azərbaycanın malik olduğu bu üstünlüyü gözü götürməyən qüvvələr fəaliyyətlərinin daha mütəşəkkil məcrasına çıxa biliblər: "Baş verən olaylarla bağlı yayılmış xəbərlərdə göstərilən məqamlar da bunu deməyə əsas verir. Aydın görünür ki, məqsəd ölkəmizin imici ilə bağlı birmənalı qaydada mənfi rəy yaratmaqdır.
Bu gün Azərbaycan jurnalistikasının üzərinə missiya düşür. Çünki qarşıdakı aylarda da belə mənfi fikirlərin bir qədər də intensivləşəcəyi ehtimal edilir. Azərbaycan jurnalistikası daha həssas olmalı, Azərbaycan cəmiyyəti düzgün şəkildə məlumatlandırılmalıdır".

Mətbuat Şurasının sədri hesab edir ki, eyni zamanda, Azərbaycanla bağlı baş verən olaylara görə Azərbaycan mediasının beynəlxalq ictimai rəyə təsir etmək gücü artırılmalıdır.

Onun sözlərinə görə, antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi C.Kerrinin konqresdəki ofisindən idarə olunması Azərbaycana qarşı yönəlmiş sistemli fəaliyyətin tərkib hissəsidir: "Onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə vuracağı zərər kifayət qədər düşünülmüş şəkildə hesablanıb. İnanmıram ki, sənəddə adıçəkilən həmin şəxslər bu mahiyyəti anlamayacaq dərəcədə sadəlövhdürlər. Elə məsələlər var ki, onlara baxış siyasi mövqeyindən asılı olmayaraq birmənalı olmalıdır, ümummilli maraqlar baxımından olmalıdır. Məhz bu baxımdan I Avropa Oyunları da belə miqyaslı tədbirdir".

Ə.Amaşov hesab edir ki, "Eurovision" ərəfəsində belə olmuşdu: "Bütün böyük hadisələr zamanı ölkələr əsasən yerli mediadan, yerli QHT-lərdən istifadə etməyə üstünlük verirlər. Ancaq elə məsələlər var ki, onlar ümummilli əhəmiyyət daşıyır. Çox təəssüf ki, I Avropa Oyunları ərəfəsində də istər yerli KİV-də, əsasən də xəbər portallarında, sosisla şəbəkələri istiofadəçiləri daha aktiv olurlar. Onların bir hissəsi Azərbaycanda yaşamırlar, gəlir əldə etmək üçün müvafiq qurumlarla əlaqə saxlayırlar.

Bəzi hallarda Azərbaycanda yaşayan, ayrı-ayrı media vasitələrində çalışan insanlar da belə məqamlarda ümummilli maraqlardan çıxış etməlidirlər: "Bu, kifayət qədər təsirli olur. Azərbaycan mediası güclüdür, Azərbaycan mediası əsasən ümummillli maraqlardan çıxış edən mediadır. Əminən ki, Azərbaycan mediası belə bir məqamda öz üzərinə düşən missiyanı dərk edərək həm yerli, həm də beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verən olaylarla bağlı kifayət qədər doğru məlumatlandırmalıdır. Əminəm ki, o cəhdlərin heç bir əhəmiyyəti olmayacaq".

Qeyd edək ki, ABŞ-da bu kampaniyanın təşkil olunması "National Endowment for Democracy" təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti