...

Azərbaycanda məscidlərində Heydər Əliyevin ruhuna dualar oxunacaq

Cəmiyyət Materials 9 May 2015 11:37 (UTC +04:00)
QMİ sədri qeyd edib ki, bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.
Azərbaycanda məscidlərində Heydər Əliyevin ruhuna dualar oxunacaq

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan məscidlərində ümumilli lider Heydər Əliyevin ruhuna dualar oxunacaq.

Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.

A.Paşazadə Azərbaycan məscidlərində 8 may tarixində cümə namazı xütbələrində ulu öndərin xatirəsinin yad olunduğu barədə məlumat verib.

QMİ sədri qeyd edib ki, bundan əlavə, 9 və 10 may tarixlərində də məscidlərdə oxunan moizələrdə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri yad olunacaq, ruhuna dualar oxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti