...

Bakının ictimai nəqliyyatında vahid gediş kartları tədricən tətbiq ediləcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 May 2015 13:56 (UTC +04:00)
Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.
Bakının ictimai nəqliyyatında vahid gediş kartları tədricən tətbiq ediləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Maksim Tsurkov/

Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə zəruri iş aparılır: "Proqram təminatı qurulur, "Bakı Kart" prosessinq mərkəzi yaradılır, texniki məsələlər həll edilir, əhali ərasində kartlar yayılır və kartlara vəsaitin yüklənməsi məsələsi həll olunur".

M.Pənahov qeyd edib ki, əvvəlki kartlar (metroda gediş haqqının ödənişi üçün buraxılmış) birinci mərhələdə yeniləri ilə bərabər istifadə edilə bilər, sonra isə onlar tam əvəz ediləcək: "Vətəndaşlar istəsələr, onları dərhal dəyişdirə bilərlər".

Yeni kartın qiyməti 2 manat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti