...

Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələr uğurla inkişaf edir (FOTO)

Cəmiyyət Materials 18 May 2015 18:46 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələr uğurla inkişaf edir (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Görüşdə artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Söhbət zamanı ölkəmizlə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti