...

Nəqliyyat Nazirliyi Bakıdakı yanğınla bağlı sürücüləri qınadı

Cəmiyyət Materials 20 May 2015 13:45 (UTC +04:00)
Sürücülər təcili yardım və ya yanğınsöndürmə kimi texniki maşınların maneəsiz hərəkəti üçün hər cür şəraiti təmin etməlidirlər.
Nəqliyyat Nazirliyi Bakıdakı yanğınla bağlı sürücüləri qınadı

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Azad Həsənli/

Sürücülər təcili yardım və ya yanğınsöndürmə kimi texniki maşınların maneəsiz hərəkəti üçün hər cür şəraiti təmin etməlidirlər. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov ötən gün Bakının yollarındakı tıxac səbəbiylə təcili yardım və yanğınsöndürmə maşınlarının Binəqədi rayonunda baş vermiş yanğına gec çatmasını şərh edərkən deyib.

M.Pənahov bildirib ki, qanuna əsasən hamı təcili yardım və ya yanğınsöndürmə maşınlarının maneəsiz hərəkəti üçün şərait yaratmalıdır: "Dünyanın heç bir yerində heç kəs təcili yardım və ya yanğınsöndümə maşınına yol verməməyi düşünməz, lakin bəzən bizdə belə hallar baş verir və sürücülər bu maşınlara yol vermirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti