...

Bakıda ictimai nəqliyyat marşrutları optimallaşdırılır

Cəmiyyət Materials 20 May 2015 15:25 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyat marşrutlarının optimallaşdırılması işlərini davam etdirir.
Bakıda ictimai nəqliyyat marşrutları optimallaşdırılır

Azərbaycan, Bakı, 20 may /Trend, müxbirlər Azad Həsənli, Maksim Tsurkov/

Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyat marşrutlarının optimallaşdırılması işlərini davam etdirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda bəzi sərnişin avtobuslarının marşrutlarının dəyişdirilməsi məsələsini şərh edərkən deyib.

O, qeyd edib ki, bu proses bir-birini təkrarlayan marşrutların ləğv edilməsinə yönəlib: "Avropa Oyunlarının tamaşaçılarını idman arenalarına çatdırmaq üçün pulsuz ekspres-avtobuslar işləyəcək. Buna görə də ekspres-avtobusların marşrutları üzrə işləyən avtobuslara xüsusi ehtiyac yoxdur. Bu avtobusların bir qisminin hərəkət sxemi dəyişdiriləcək, digər qismi qısaldılacaq. Sxemlərin dəyişdirilməsi bu avtobusların sərnişinləri ekspres-avtobusların dayanacaqlarına çatdıracağı ilə əlaqədardır. Vətəndaşlar həmin dayanacaqlardan idman arenalarına pulsuz gedə biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti