...

Dəniz Təhlükəsizliyi ilə bağlı Beynəlxalq Konvensiyalara dəyişikliklər edilib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2015 10:15 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edib.
Dəniz Təhlükəsizliyi ilə bağlı Beynəlxalq Konvensiyalara dəyişikliklər edilib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edib. Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) 3-11 iyun 2015-ci il tarixlərində London şəhərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edib.

Azərbaycanın qoşulmuş olduğu, Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul edilmiş Konvensiya və Protokollara təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlər olub.

Çinin Hubey əyalətində, Yantszı çayında "Şərq Ulduzu" sərnişin gəmisinin batması nəticəsində 400 nəfərdən yuxarı insanın həyatını itirməsi sərnişin gəmilərində təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin edilməsi məsələsini yenidən gündəmə gətirmiş və sərnişin gəmilərinə olan tələblərin daha da sərtləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə tədbirlərin həyata keçirilməsi üzrə müzakirələr aparılıb.

Həmçinin, Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirilən qanunsuz miqrasiya hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılıb.

Eyni zamanda, Sessiya müddətində Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirib.

Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyası bir sıra Beynəlxalq Konvensiyalara dəyişikliklər edilməsi barədə Qərar qəbul edilməsi ilə öz işini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti