...

AZAL-ın ekipajlarının peşəkarlığı sərnişinlərin həyatını xilas etdi

Cəmiyyət Materials 13 İyun 2015 22:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2015-ci il iyunun 13-də Bakı-Naxçıvan marşrutu üzrə AHY-2253 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin hidrosistemlərinin birində təzyiqin düşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları "QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, belə nasazlıqla uçuş təyinat məntəqəsində mümkün idi, lakin ekipaj komandiri nasazlığın uçuşun doqquzuncu dəqiqəsində - havaya qalxdıqdan dərhal sonra baş verdiyini nəzərə alaraq enişi uçuşun edildiyi aeroportda həyata keçirmək qərarını alıb.

Yerli vaxtla saat 21:02-də eniş ştat rejimində əmin-amanlıqla başa çatıb.

Qayıdan təyyarənin sərnişinləri yerli vaxtla saat 22:45-də ehtiyat "Boeing-757" təyyarəsi ilə Naxçıvana yola salınacaq.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti