...

"Tariximizə muzeylərin gözü ilə baxış" layihəsinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2015 17:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Tariximizə muzeylərin gözü ilə baxış" adlı layihənin açılış mərasimi keçirilib.
"Tariximizə muzeylərin gözü ilə baxış" layihəsinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Tariximizə muzeylərin gözü ilə baxış" adlı layihənin açılış mərasimi keçirilib.

İlk çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə iştirakçılarını salamlayaraq layihənin uğurlu olacağını gənclərin diqqətinə çatdırıb: "YAP GB-nin ofisində hər dəfə məhz gənclərimiz üçün maraqlı layihələr təşkil edirik və bu da gənclərimizin maarifləndirilməsinə müsbət töhvə verir".

Layihəyə qonaq qismində dəvət olunmuş Milli İncəsənət Muzeyinin Sərgi və Tərtibat şöbəsinin müdiri, Azərbaycan Turizm İnsitutunun müəllimi Araz Osmanov iştirak etmişdir.

"Tariximizə muzeylərin gözü ilə baxış" layihəsinin əsas məqsədi muzeylərin mədəniyyətimizin əhəmiyyətli parçası olduğu fikrinə əsaslanaraq, gənclərimizdə muzeylərə olan marağın artırılmasına dəstək olmaqdır. Bu məqsədlə layihə çərçivəsində muzeylərə ekskursiyaların təşkil edilməsi, muzeylərlə əyani tanışlığın təmin olunması nəzərdə tutulmuşdur.

Layihə rəhbəri Aytən Hüseynova qeyd edib ki, layihənin fəaliyyət planı hazırlanarkən gənclərimizin milli-mənəvi dəyərlərimizlə, muzeylərimizin timsalında xalqımızın ən qədim zamandan müasir dövrə qədərki tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması ideyasına xüsusi diqqət ayrılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti