...

Sabiq yol polisi rəisi: "Guya əsassız olaraq işdən azad olunmağımla bağlı haqqımda mətbuatda yer alan xəbərlər həqiqətdən uzaqdır"

Cəmiyyət Materials 13 İyul 2015 18:19 (UTC +04:00)
Son günlər bəzi kütləvi informasiya vasitələrində bir neçə yol polisinin haqsız olaraq vəzifəsindən çıxarılması barədə yazılar yer alır.
Sabiq yol polisi rəisi: "Guya əsassız olaraq işdən azad olunmağımla bağlı haqqımda mətbuatda yer alan xəbərlər həqiqətdən uzaqdır"

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Son günlər bəzi kütləvi informasiya vasitələrində bir neçə yol polisinin haqsız olaraq vəzifəsindən çıxarılması barədə yazılar yer alır. Bu sırada Şamaxı RPŞ Dövlət Yol Polisi bölməsinin sabiq rəisi Mübariz Fətəliyevin də adı hallanır.

Bununla bağlı Trend-in sorğusunu cavablandıran M.Fətəliyev bildirib ki, mətbuatda yer alan belə məlumatların heç bir əsası yoxdur və onun işdən azad edilməsinin səbəbi yol verdiyi nöqsanlarla bağlıdır.

M.Fətəliyev deyib ki, onun vəzifədən çıxarılması barədə haqlı qərar verilib: "Mən 1990-cı ildən daxili işlər orqanlarında işləyirəm, 2000-ci ildən də polis zabitiyəm. Son 6-7 ildə 3 rayonda yol polisi bölməsinin rəisi olmuşam. Bu həqiqətə uyğun olmayan yazıları kim verirsə, xahiş edirəm ki, buna son qoyulsun. Həqiqətən də mən işimdə ciddi nöqsanlara yol vermişəm, bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmamışam. Məhz buna görə daxili işlər naziri cənab Ramil Usubovun əmri ilə tutduğum vəzifədən azad edilmişəm və sərəncama götürülmüşəm. Eyni zamanda, mənimlə bərabər sürücülərlə kobud rəftara görə bölmənin bir neçə əməkdaşı da tutduqları vəzifələrdən uzaqlaşdırılıb və post-patrul xidmətinə keçirilib. Fürsətdən istifadə edərək bir daha xahiş edirəm ki, bəzi jurnalistlər bizi öz çirkin niyyətlərinə alət etməsinlər və lüzumsuz yerə adımızı hallandırmasınlar. Əks təqdirdə, məhkəməyə müraciət etməli olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti