...

Lənkəranda “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu" ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 İyul 2015 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu" layihəsi çərçivəsində Lənkəran şəhəri Mərkəzi Kitabxanasında lənkəranlı gənclərin iştirakı ilə növbəti tədbirini təşkil edib.

TUMİB-dən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova qonaqları təqdim edib, mövzunun aktuallığı haqqında məlumat verdikdən sonra Azərbaycan dövlətinin humanist tolerantlıq siyasətinin dünyaya nümunə olduğunu qeyd etdi.

Sonra Könül Manafova sözü layihənin rəhbəri, TUMİB-in sədri Çingiz Bayramova verdi. TUMİB sədri çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı, insan hüquqları kimi məsələlər, radikalizmə qarşı ideoloji maarifçilik işinin aparılması, xarici dini sektaların zərərləri və onun təsirindən qorunması işində gənclərin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu və bu məqsədlə təşkilat tərəfindən vətənimizin müxtəlif bölgələrində yaşayan gənclər arasında təbliğat işlərinin aparılmasına başladıqlarını bildirib. Daha sonra natiq tədbirdə iştirak edənləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdi.

Lənkəran şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Günəş Quluzadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə baş məsləhətçisi Hatəm Gülməmmədov çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan hökumətinin dini maarifçilik və multikulturalizm istiqamətində gördükləri tədbirlərdən, dövlətimizin insan hüquqları və dini azadlıqların qorunması istiqamətindəki fəaliyyətindən bəhs etdilər.

Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Emil Həmidli də universitetdə keçirilən multikulturalizm fənninin tədris olunmasının tələbələrə olan faydasını qeyd etdi.

Sonra TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov çıxış edərək Azərbaycandakı dini azadlıqlardan, islam və tolerantlıq, din və dözümlülük, dini öyrənmədə Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Mir Məhəmməd Kərim əl-Bakuvi kimi azərbaycanlı mütəfəkkirlərin əsərlərinin əhəmiyyəti kimi mövzulardan bəhs etdi və Azərbabaycandakı müxtəlif din, məzhəb mənsublarının qardaşlıq mühiti içində yaşadıqlarını vurğuladı.

TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənalıyev bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır" fikri hər bir Azərbaycan gəncinin ideologiyası olmalıdır.

İştirakçılar sonda ölkəmizdə olan tolerantlıq və multikulturalizm mühitinin bir çox dünya ölkəsinə örnək olduğunu və Azərbaycan modelini öyrəndiklərini qeyd etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti