...

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 52 km-i əsaslı təımir olunub (FOTO)

Cəmiyyət Materials 24 İyul 2015 09:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri davam edir. Hazırda Baş Sumqayıt - Sumqayıt sərnişin vağzalı mənzilində və Bakı sərnişin stansiyasında 5900 m uzunluğunda yolun təmiri həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 52 km yol əsaslı təmir olunub.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti