...

Prezident təqaüdü almaq istəyənlər, seçiminizdə diqqətli olun!

Cəmiyyət Materials 31 İyul 2015 16:55 (UTC +04:00)
Prezident təqaüdü almaq üçün hər bir ixtisas qrupunda ən yüksək nəticə göstərən və Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin ixtisaslarını seçən abituriyentlərin namizədliyi verilə bilər.
Prezident təqaüdü almaq istəyənlər, seçiminizdə diqqətli olun!

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Prezident təqaüdü almaq üçün hər bir ixtisas qrupunda ən yüksək nəticə göstərən və Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin ixtisaslarını seçən abituriyentlərin namizədliyi verilə bilər.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar keçirdiyi videokonfrans zamanı deyib.

Komissiya sədri qeyd edib ki, hər il hər bir ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən 25 abituriyentin adı Prezident təqaüdünün verilməsi üçün hazırlanan siyahıya daxil edilir: "Yüksək nəticə göstərməsinə baxmayaraq, təhsil almaq üçün xarici ölkənin ali məktəblərini seçən abituriyentlərin adları isə bu siyahıya daxil edilə bilməz".

M.Abbaszadə bildirib ki, ötən il olduğu kimi, bu il də Təhsil Nazirliyi ərizəsində pedaqoji ixtisasların adlarını ilk yerdə yazan və qəbul imtahanında 500-dən çox bal toplayan 300 abituriyentə 100 manat məbləğində təqaüd verəcək.

Komissiya sədri onu da əlavə edib ki, Azərbaycanda keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentləri Türkiyə universitetləri öz qaydalarını nəzərə almaqla məmnuniyyətlə qəbul edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti