...

Rusiyadan Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

Cəmiyyət Materials 15 Avqust 2015 11:13 (UTC +04:00)
Rusiyadan Bakıya gələn təyyarədən sellofan paketlərdə Azər­baycan Respublikasının aksiz mar­kası olmayan 3 adda, 400 qutu xa­ricdə istehsal olunan siqaret aşkar olunaraq götürülüb.
Rusiyadan Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir Elmir Murad/

Rusiyadan Bakıya gələn təyyarədən sellofan paketlərdə Azər­baycan Respublikasının aksiz mar­kası olmayan 3 adda, 400 qutu xa­ricdə istehsal olunan siqaret aşkar olunaraq götürülüb.

Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fə­rə­cov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb get­mək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq, mallara gömrük baxışı keçirilib.

Bu za­man İ.Fərəco­vun qar­şıladığı sərnişinlərdən qəbul etdiyi sellofanlarda qanunsuz şəkildə Azərbaycana gətirilən siqaretlər götürdüyü aşkarlanıb. İzahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşıla­maq üçün Hey­dər Əliyev Beynəlxalq Aeroportuna gəldiyini, orada ona gön­dərilən siqaretləri ayrı-ay­rı sərnişinlərdən qəbul etdi­yini və həmin siqa­retlə­rin bir hissəsi­nin şəxsi istifadə məqsə­dilə, qa­­lanla­rının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bil­dirib.

Faktla bağlı təhqiqat apa­rılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti