...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına formalar, məktəb ləvazimatları verilib

Cəmiyyət Materials 9 Sentyabr 2015 17:22 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına formalar, məktəb ləvazimatları verilib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Trend Fondun saytına istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbdə aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunub.

Yeni tədris ili ərəfəsində sözügedən rayonda yaşayan imkansız, maddi durumu ağır olan ailələrdən orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 məktəbli bu aksiyadan faydalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti