Bakı. İlhamə İsabalayeva- Trend:
"Biz düşünürük ki, Azərbaycanın nümunəsindən istifadə edək, çünki Bakı islam mədəniyyətininn paytaxtı olub və bu yolda mühüm addımlar atıb".
Trend-in məlumatına görə, bunu Küveytin təhsil nazirinin müavini Haitham Saleh Alathari jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Küveyt İSESCO-nun dəstəyi ilə 2016-cı ildə islam mədəniyyətinin paytaxtı seçilib.
İSESCO-nun Baş Konfansının 12-ci sessiyasında iştirak etməkdən məmnun qaldıqlarını deyən nazir müavini bildirib ki, bu konfrans təhsil sahəsində böyük rol oynaya biləcək.