...

Nardaran sakinlərinin işıq və qaza görə borcları nə qədərdir?

Cəmiyyət Materials 28 Noyabr 2015 13:11 (UTC +04:00)

Bakı. Trend:

Bakının Nardaran qəsəbəsi sakinlərinin elektrik enerjisi və təbii qaza görə borclarının məbləği məlum olub.

Qeyd edək ki, noyabrın 27-dən Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev ötən gün Trend-ə bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: "Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq".

Trend-in məlumatına görə, qəsəbə sakinlərinin elektrik enerjisinə görə borcu 42 milyon 267 min manat, təbii qaza görə isə 1 milyon 376 min manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti