...

Çaylarda suyun səviyyəsi ilə bağlı vəziyyət açıqlanıb

Cəmiyyət Materials 30 Noyabr 2015 13:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlayıb.
Çaylarda suyun səviyyəsi ilə bağlı vəziyyət açıqlanıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-130, Kiçik Qafqazın çaylarında 60-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-60 faizini təşkil edir.

Məlumatda qeyd olunur ki, noyabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 183 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 148 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 108 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 98 m3/s təşkil edərək ongünlük normanın 121 faizinə bərabər olub.

Noyabrın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 5, Bankədə 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2014-cü il noyabrın 30-da 418 sm), Şirvanda 231 sm (2014-cü il noyabrın 30-da 289 sm), Salyanda 195 sm (2014-cü il noyabrın 30-da 230 sm), Bankədə 179 sm (2014-cü il noyabrın 30-da 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2014-cü il noyabrın 30-da 171 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti