...

Azərbaycanda yeni internet TV yayıma başlayacaq

Cəmiyyət Materials 3 Dekabr 2015 17:47 (UTC +04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Azərbaycanda yeni internet TV yayıma başlayacaq

Bakı. Elmir Murad - Trend:

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dən Trend-ə verilən məlumata görə, iclasda "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

MTRŞ tərəfindən "Eurosel" MMC, "Smart System technology" MMC, "Alfanet" MMC, "Enginet" MMC və "GSP" MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu - internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti