...

Bakıda əsən güclü külək sabah gündüz mülayimləşəcək

Cəmiyyət Materials 4 Dekabr 2015 13:21 (UTC +04:00)
Bakıda əsən güclü külək sabah gündüz mülayimləşəcək.
Bakıda əsən güclü külək sabah gündüz mülayimləşəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda əsən güclü külək sabah gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin gecə və səhər saatlarında yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Dekabrın 5-i gündüzdən 7-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti