• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Səhiyyə Nazirliyi xəbərdarlıq etdi: Əczaçı vətəndaşa məlumat verməyə borcludur

4 Dekabr 2015 13:51 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətəndaş reseptlə aptekə yaxınlaşdıqda əczaçı yazılan tərkibə uyğun satışda olan bütün dərman vasilələri və onların qiymətləri haqqında ona məlumat verməyə borcludur. Alıcı özü büdcəsinə uyğun şəkildə dərman vasilələri arasında seçim etməlidir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət İnspeksiyasının müdir müavini Pərviz Əzizbəyov "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"nın tətbiqindən sonra əczaçıların dərman şirkətləri ilə əməkdaşlıq edə bilməsi ehtimalına münasibət bildirərkən deyib.

P.Əzizbəyov bildirib ki, əgər əczaçı alıcını istiqamətləndirərsə, o, SN-nin "Qaynar xətt"inə müraciət edə bilər: "Bütün apteklərin üzərində "Qaynar xətt" nömrələri var. Ancaq biz də öz növbəmizdə apteklərdə dərman vasitələrinin satışına nəzarət edəcək, monitorinqlər aparacağıq. Hər hansı qanunsuzluq aşkar edilərsə, əlbətlə ki, buna qarsı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək".

P.Əzizbəyov əlavə edib ki, həkimin də reseptlə dərmanın molekulyar tərkibini yazdıqdan sonra pasiyentə "Bu tərkibli filan dərmanı alarsan" deməyə ixtiyarı yoxdur.

Mərkəz rəsmisi qeyd edib ki, noyabrın 6-dan etibarən qüvvəyə minən yeni qərara əsasən, reseptlərə dərman vasitəsinin beynəlxalq patentləşdirilməyən adı, onun buraxılış forması, dozası və istifadə qaydaları yazılır. Yalnız təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməyən adının olmadığı, yaxud tərkibində 3 və daha artıq təsiredici maddə olduğu halda reseptdə onun ticarət adı yazıla bilər.

Mütəxəssis həmçinin həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılmasının da qadağan olunduğunu bildirib: "Resept blanklarında hər hansı düzəlişə yol verilmir. Tələblərə uyğun olmayan reseptlər etibarsız sayılır və onlar üzrə aptek təşkilatlarından dərman vasitələri buraxılmır. Adi reseptlərin etibarlılıq müddəli 90 gün, ödənişsiz dərman vasilələrinə isə 30 gündür. Ödənişsiz reseptin əsas hissəsi 3 il ərzində aptek təşkilalında saxlanılmalı, bu müddətdən sonza isə arxivləşdirilməlidir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • dərmanların qiymətləri
  • aptek
  • Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi
Digər xəbərlər
Mingəçevirdə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb (FOTO)
Hadisə 25 Noyabr 11:55
Bakıda aptekdən külli miqdarda pul oğurlayan əczaçı dəstə tutuldu (FOTO)
Hadisə 18 Aprel 12:52
Bakıda aptekdən 6330 manat pul oğurlanıb
Hadisə 17 Dekabr 2018 11:47
Bakıda aptekdə əczaçını bıçaqla hədələyərək kassadan 2000 manat pul götürən şəxs saxlanılıb (FOTO)
Hadisə 17 Oktyabr 2018 12:51
Aptekdə satıcını hədələyib kassadan pul aparan şəxs tutuldu
Gündəm 24 İyul 2018 11:35
Novxanıda aptek işçisini hədələyərək pul aparan şəxs tutuldu
Hadisə 17 Mart 2018 17:02
Xəbər lenti
UNEC tələbələrinin sərgisi “İçərişəhər” stansiyasında
Gündəm 19:41
3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Hadisə 18:59
Yanğın baş verən ərazidə elektrikin verilişi dayandırılıb
Energetika 18:34
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)
Siyasət 17:50
Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq
İqtisadiyyat 17:39
Cəlilabadda həmyerlisinin şantajla 50 min manat pulunu və avtomobilini alan şəxs saxlanılıb (FOTO)
Hadisə 17:30
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 17:24
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
Siyasət 17:19
"Taliban" hərbçilərə hücum etdi - 25 ölü
Dünya xəbərləri 17:06
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri