...

Kəmaləddin Heydərov və Oruc Zalov "Vixr-9" gəmisinin komandirinin dəfn mərasimində (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2015 19:58 (UTC +04:00)
“Vixr-9” gəmisinin komandiri bu gün dəfn edilib.
Kəmaləddin Heydərov və Oruc Zalov "Vixr-9" gəmisinin komandirinin dəfn mərasimində (FOTO)

Bakı. Trend:

"Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 9-da dəfn edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dəfn mərasimində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, habelə nazirliyin şəxsi heyəti, daxili işlər nazirinin müavini polis general-leytenantı Oruc Zalov iştirak ediblər.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində qəhrəmanlıqla iştirak etmiş FHN-in "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı V.Kryuçkov dekabrın 8-də ürək çatışmazlığından vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti