...

Bakı Metropoliteni Rəşid Behbudovun yubileyi ilə bağlı tədbirlərə başladı (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2015 12:34 (UTC +04:00)
Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tədbirlərə başlayıb.
Bakı Metropoliteni Rəşid Behbudovun yubileyi ilə bağlı tədbirlərə başladı (FOTO)

Bakı. Samir Məmmədov-Trend:

Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tədbirlərə başlayıb.

Bu barədə Trend-ə qurumun Mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, dahi sənətkarın yubileyi ilə əlaqədar metro stansiyalarında Rəşid Behbudovun şəkilləri və reklam afişaları yerləşdirilib: "Şəkillər və afişalar əsasən sərnişinlərin sıx olduğu stansiyalarda yerləşdirilib. Artıq metronun "Sahil", "İçərişəhər", "28 may", "Elmlər Akademiyası və "Neftçilər" stansiyalarında şəkillər və afişalar yerləşdirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti