Kardioloq: Cənub bölgələrində anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların sayı daha çoxdur

Kardioloq: Cənub bölgələrində anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların sayı daha çoxdur

Bakı. Trend:

Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək qüsurları ilə doğulan uşaqların sayı daha çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq Qalib İmanov deyib.

O bildirib ki, ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır: "Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ürək-damar xəstəlikləri ilə bağlı bizə müraciətlər çox olur: həm böyüklər, həm də uşaqlar arasında bu xəstəliyə rast gəlinir. Böyüklər, əsasən, arterial hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edirlər. Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurları diaqnozu qoyulur. Məsələn, Avropa ölkələrində ürəyin işemik xəstəliyi geniş yayılıb. Müalicəsində müəyyən irəliləyişlər olsa da, statistikaya görə, hələ ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur".

Kardioloqun sözlərinə görə, anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb: "Avropada, Amerika kimi ölkələrdə isə demək olar ki, bu xəstəliyə rast gəlinmir. Anadangəlmə ürək qüsuru xəstəliyi prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə artıq aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur. Xarici ölkələrdə anadangəlmə ürək xəstəliklərini əməliyyat edən mərkəzlər var. Bura daha çox şərq ölkələrindən, inkişaf etməmiş ölkələrdən xəstələr gəlirlər. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bizdə prenatal, yəni ana bətnində müayinələr artıq 5 ildir aparılır. Düzdür, bu barədə insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin fetal exokardioqrafiya göstərişi varsa, kardioloqa yönləndirirlər. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu barədə onun ailəsinə bildiririk. Əməliyyat vasitəsilə hər şey öz yoluna düşür. Yox əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki, heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur".

Q.İmanov deyib ki, hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir: "Məsələn, qulaqcıqlararası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması. Bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə bütün bu problemi həll edirsən. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır".

ATU əməkdaşı vurğulayıb ki, ürəkdə ən aktual problem arterial hipertoniyadır: "Təzyiq, şəkər xəstələri əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Ürək xəstəliklərinə əsasən, düzgün qidalanmamaq, oturaq həyat səbəb olur. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, siqaret həddindən çox çəkilirsə, spirtli içkilər çox qəbul olunursa, bu xəstəliklərin də yaranma riski çoxalır".

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası aviaşirkətlərin itkiləri barədə
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb
Loading Bars
Xəbər lenti
Kəlbəcərin azad edilməsi hərb meydanında qazandığımız Böyük Qələbəmizin davamıdır - Pərvin Kərimzadə
Merkelin iqamətgahına avtomobil çırpıldı - İclas təxirə düşdü (FOTO)
Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan ərazilərimizdən çıxsın - Deputat
Beynəlxalq layihə hazırlanmasa, yoxsul insanların peyvənd əldə etməsi çətin olacaq - Əli Əhmədov
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - Rəsmi cavab
Sabahın hava proqnozu açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan
Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir (FOTO)
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
PAŞA Bank Visa və “Sumqayıt Nəqliyyat” MMC ilə tərəfdaşlıqda Sumqayıt ictimai nəqliyyatında gediş haqqının təmassız ödəniş sistemini təqdim edir
Şabranda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Ali Baş Komandan qətiyyətli mövqeyi ilə bu sevinci bizə yaşatdı - Kəlbəcər sakini (VİDEO)
Azərbaycan tibb elminə ağır itki üz verib
Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb - Korpus komandiri (VİDEO)
TƏBİB rəsmisi koronavirusa yoluxub
Rusiyada koronavirusdan gündəlik ölüm sayı 500-ü keçdi
Azərbaycan nefti bahalaşıb
Azərbaycan Prezidenti: Biz düşməni Şuşadan qovanda su xəttini sıradan çıxarıb., indi Şuşada su yoxdur
Prezident İlham Əliyev: Bizi nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın
Prezident İlham Əliyev: Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını?
Prezident İlham Əliyev: Paşinyan 7 şərti bizə irəli sürəndə demişəm, sənin yeddi şərtini zibil yeşiyinə atıram
Biləsuvarda rayondan çıxmaq istəyən koronavirus xəstələri postda saxlanılıb
Azərbaycan Prezidenti: Düşmən “Dağlıq Qarabağ respublikası”nın xəritələrini düzəltmişdi, hanı o xəritələr?
Prezident İlham Əliyev: Əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaradıb
Dağ Yəhudiləri beynəlxalq təşkilatları Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıb
Azərbaycan Prezidenti: Dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq
Prezident İlham Əliyev: Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, elə bil ki, vəhşi qəbilə keçib oradan
Rektor etiraz etdi, Yerevanda keçiriləcək iclas və seçki ləğv olundu
Azərbaycan Prezidenti: Biz erməni faşizmini məhv etdik
Ermənistanın hərbi cinayətlər törətmiş şəxsləri cavab verməlidir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
Azərbaycan Prezidenti: Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir
Prezident İlham Əliyev: Saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev xalqın tələbi ilə gəlməsəydi, dövlətçilik əldən gedəcəkdi
Azərbaycan Prezidenti: Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir
Britaniyadakı azərbaycanlılar Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Balakəndə maska taxmayanlar cərimələnib
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Vilyam Hacıyev koronavirusa yoluxdu
Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur - Türkiyə Müdafiə Nazirliyindən paylaşım (FOTO)
Hesab.az-da “2QAT Sevinc” kampaniyasının vaxtı uzadıldı
İkinci Qarabağ savaşında milli-ideoloji hazırlıq xalqı qələbəyə kökləmişdi – Deputat
Distant təhsillə bağlı zəruri tədbirlərin görülməsinə ehtiyac var - Deputat
Rabitəbank müştərilərinə “Green Friday” endirimini təklif edir
Kəlbəcərin 10 milyardlarla gəlir verəcək sərvətləri - TƏHLİL
Rusiyada terror aktlarının qarşısı alınıb
Müəllimlərin əmək haqqını mənimsəyən məktəb direktoruna yeni ittiham irəli sürüldü
Azərbaycanda boşananlar arasında 5 ilədək evli olanlar çoxluq təşkil edir - Statistika
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Ermənistanda daha iki nazir müavini istefa verdi
Çayda batan şəxsin meyiti tapılıb
Özünüməşğulluq proqramı Kəlbəcərdə (FOTO)
Azərbaycan ordusu Kəlbəcərə daxil olmaqla 27 illik qətnaməni icra etmiş oldu - Spiker
Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq
Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb
İtaliya Azərbaycanın azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasında maraqlıdır (FOTO)
Qubada karantini pozan avtomobil təmiri sexləri aşkarlanıb
Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur - Pentaqon
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
“AzerGold”un fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib (FOTO)
Kəlbəcər həqiqi sahiblərinə qayıtdı - Türkiyə hökuməti
“AccessBank”da kadr dəyişikliyi
Postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edildi
Ermənilər 900-dən çox Azərbaycan toponimini erməniləşdiriblər
Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)
Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri (FOTO/VİDEO)
Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur - Deputat
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiqlənib
Kəlbəcərin təhsil statistikası açıqlanıb
Ordumuz Kəlbəcərdə Ermənistanla sərhəddəki yüksəklikləri tutacaq - Vaqif Dərgahlı (FOTO)
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Noyabrın 25-də xarici valyutaların manata qarşı məzənnələri
30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat
Qazaxıstanda koronavirusa daha 720 nəfər yoluxub
Bayden ABŞ tarixində prezident seçkilərində 80 milyondan çox səs alan ilk namizəddir
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər (FOTO/VİDEO)
Yaponiyada 4,3 bal gücündə zəlzələ olub
Britaniya hökuməti işsizliklə mübarizə üçün 4,3 milyard funt sterlinq ayıracaq
İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır
Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı
"Barcelona" və "Yuventus" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
Bakıda evdə yanğın olub
Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb
Azərbaycanın parlaq zəfərini şərtləndirən amillər hansılar oldu? - ŞƏRH
Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"
Türkiyədə koronavirusdan sağalanların sayı 381 mini keçib
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Ağdamı Qafqazın Dubayına çevirmək olar
Bütün xəbərlər