Bakı. Trend:
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyatda gediş haqqı tariflərinin artırılıb-artırılmaması məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, nazir müavini jurnalistlərə bildirib ki, Azərbaycan ərazisində nəqliyyatda gediş haqqı tariflərinin artırılması barədə Tarif (qiymət) Şurasına müraciət olunmayıb.
Onun sözlərinə görə, qiymətlərin artırılması məsələsi gündəmdə deyil.