Bakı. İlhamə İsabalayeva - Trend:
Nardaran camaatının multikultural əhvalı, onların dinə, dövlətə münasibəti istiqamətində bir çox işlər görüləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nardaran camaatı ilə söhbətlər aparılacağını deyən K.Abdulla qeyd edib ki, Nardaran sakinləri buna mənən hazırdır: "Bizim həm Nardaranda, həm də Bakının bir çox başqa kəndlərində çox ağıllı ziyalılarımız olub və indi də var. Bizim əsas dayaq nöqtələrimiz o insanlar olacaq".
K.Abdulla Nardaranda "Bilik evi"nin yaradılacağını da əlavə edib.