...

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətində ötən il 314 mindən çox istifadə qeydə alınıb

Cəmiyyət Materials 5 Fevral 2016 10:55 (UTC +04:00)
“Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” elektron xidməti üzrə ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb.
“Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidmətində ötən il 314 mindən çox istifadə qeydə alınıb

Bakı. Trend:

"Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidməti üzrə ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilir. Fondun göstərdiyi elektron xidmətlərdən biri də məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsidir. 2015-ci il üzrə xidmətdən ümumilikdə 314 079 istifadə sayı qeydə alınmaqla, sığortaedənlər öz hesabatlarını elektron qaydada təqdim ediblər.

Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fəaliyyət göstərən "Yardım masaları"nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə Dövlət Sosial Müdafiə Fondunun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Qeyd edək ki, "Elektron hökumət" portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ildə Fondun öz saytı, "Elektron Hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan artıq istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti