Bakı. Trend:
Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətlərində əsas məsələ stabillik, münasibətlərin dostluq xarakteri daşıması və hər iki ölkənin uğur qazanmasında maraqlı olmaqdır. Trend-in məlumatına görə, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
"Azərbaycanın müstəqilliyi illərində biz bir-birimizi anlamağı öyrəndik", - deyə səfir bildirib.
"Ölkələrimiz arasında çox yaxşı mal dövriyyəsi var. Eyni zamanda əsas qarşılıqlı fəaliyyət heç də neft sektorunda baş vermir", - deyə səfir əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün perspektivlər var.
"Məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycana turist marağının artması müşahidə olunur", - deyə Doroxin bildirib.